Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Avqustun 15-i Azərbaycan Respublikasının paytaxtı Bakıda şərlənərək saxlanılan inanclı xanım Xoşqədəm Quliyeva qanunsuz həbsinə qarşı etiraz aksiyasını davam etdirir.
Fərqli Baxış bildirir ki, ailəsi onkoloji xəstə olan X.Quliyevanın bu addımından çox narahatdır. Beləki, bu gedişat faciə ilə nəticələnə bilər.
Aidiyyatı qurumlardan durumu həssas qarşılamalarını və günahsız həbs edilən inanclı xanımların, o cümlədən onkoloji xəstəlikdən əziyyət çəkən Xoşqədəm Quliyevanın azadlığa buraxılmasını tələb edirik.
Xatırladaq ki, sözügedən tarixdə Ərbəin günü münasibətiylə ehsan verdiyi üçün həbs olunan xanımlardan fərqli olaraq X.Quliyeva ümumiyyətlə "hadisə" yerində olmayıb.
Sizin rəyiniz