21 sentyabr 2025 - 17:48
Ənsarullah qanunsuz İsrail terrorçu rejimin Sənada bayrağını qaldıracağı ilə hədələməsinə cavab verib

Cümə günü, terrorçu İsrail rejimin hərbi naziri qatil rejimin Yəmənin Ənsarullah lideri Seyid Əbdülməlik əl-Husini hədəf alacağı və Səna üzərində İsrail bayrağını qaldıracağı ilə hədələyib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Ənsarullah Hərəkatı faşist İsrail rejimin Hərbi Nazirinin Sənada “İsrail bayrağının” dalğalandırılması ilə bağlı təhdidinə cavab verib.

Bu barədə Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Muhəmməd əl-Fərəh X sosial şəbəkəsindəki paylaşımında yazıb.

O, mesajında bildirib: “Kim Sənada bayrağını qaldırmaqdan danışırsa, əvvəlcə (Yəmənin hücumları nəticəsində bağlanmış) Eylat limanını yenidən açsın və öz bayrağını öz gəmilərində qaldıra bilsin, çünki İsrail bizim dəniz əməliyyatlarımızdan qorxaraq gəmilərini başqa ölkələrin bayraqları altında gizlədir."

Cümə günü, terrorçu İsrail rejimin hərbi naziri qatil rejimin Yəmənin Ənsarullah lideri Seyid Əbdülməlik əl-Husini hədəf alacağı və Səna üzərində İsrail bayrağını qaldıracağı ilə hədələyib.

Sizin rəyiniz

You are replying to: .
captcha