Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Çin ABŞ və İngiltərə hərbi gəmilərinin Tayvan boğazından keçməsini izləmək və onlara nəzarət etmək üçün bölgəyə dəniz və hava qüvvələrinin yerləşdirildiyini açıqlayıb.
İRNA-nın məlumatına görə, Çin Ordusunun Şərq Cəbhəsi Komandanlığının sözçüsü Xi Yi, ölkənin Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyib:
"Çin Ordusunun Şərq Cəbhəsi Komandanlığı iki gəminin keçidini izləmək və onlara nəzarət etmək üçün dəniz və hava qüvvələrini göndərdi və vəziyyətə təsirli cavab verdi və idarə etdi."
O, davam edərək bildirib: "İngiltərə və ABŞ-ın hərəkətləri yanlış mesajlar verdi və Tayvan boğazında sülh və sabitliyi pozub."
Sizin rəyiniz