6 noyabr 2025 - 11:39
Source: IRNA
Nyu-Yorkun Demokrat meri: Trampla dialoqa da, qarşıdurmaya da hazıram

O, çıxışında vurğulayıb: Mən təkcə Nyu-Yorkun yəhudi icmasının deyil, bütün irq və dinlərə mənsub vətəndaşların da müdafiəçisi və hamisi olacağam.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Nyu-York şəhərinin yeni meri Zəhran Məmdani bildirib ki, şəhər sakinlərinin hüquqlarının qorunması məqsədilə ABŞ Prezidentilə dialoqa da, qarşıdurmaya da hazırdır.

Məmdani, respublikaçılar tərəfindən yəhudi əleyhinə fəaliyyətlərdə ittiham olunan müsəlman amerikalı siyasətçidir.

O, çıxışında vurğulayıb: Mən təkcə Nyu-Yorkun yəhudi icmasının deyil, bütün irq və dinlərə mənsub vətəndaşların da müdafiəçisi və hamisi olacağam.

Nyu-York merinin sözlərinə görə, hazırkı dövrdə ABŞ-də orta və aşağı təbəqənin vəziyyəti ağırdır. Nyu-Yorkda hər dörd nəfərdən biri yoxsulluq şəraitində yaşayır. Yaşayış xərcləri artır, lakin bütün bu çətinliklərə baxmayaraq, Nyu-York sakinləri gələcəyə ümidlə baxırlar.

Sizin rəyiniz

You are replying to: .
captcha