Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün, çərşənbə günü Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi ilə telefon danışığı zamanı ikitərəfli münasibətlərin son vəziyyəti, həmçinin regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparıb.
Əraqçi, Çin tərəfindən BMT Təhlükəsizlik Şurasında “snapback”i qeyri-qanuni elan edən məsuliyyətli və prinsipial mövqeyə görə minnətdarlığını ifadə edərək bildirib: ABŞ və bəzi Qərb ölkələrinin birtərəfli yanaşmalarına qarşı BMT-də Çin, İran və Rusiya arasında yaranan konstruktiv əməkdaşlıq böyük əhəmiyyət kəsb edib və Qoşulmama Hərəkatının 121 üzv dövləti tərəfindən dəstəklənib.
Əraqçi sionist rejimin Qərbi Asiya regionunda gərginlik yaradan fəaliyyətlərinin davam etdiyini qeyd edərək deyib: Beynəlxalq ictimaiyyət bu rejimin müharibəyə təhrikedici və hegemon siyasətlərinə qarşı çıxmalı, regionda böhranın dərinləşməsinin qarşısını almalıdır.
Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi də telefon danışığı zamanı Tehran və Pekin arasında strateji münasibətlərin əhəmiyyətini vurğulayaraq, BMT və digər çoxtərəfli qurumlarda iki ölkə arasında əlaqə və koordinasiyanın davam etdirilməsinin vacibliyini qeyd edib.
Sizin rəyiniz