4 noyabr 2025 - 12:33
Zəhran Məmdani: Tramp bal zalına deyil, yeməyə pul xərcləməlidir

ABŞ prezidenti ilə Nyu-York meri namizədi arasında artan gərginlik fonunda Zəhran Məmdani Trampın fəaliyyətini tənqid etdi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Nyu-York meri seçkilərində Demokrat namizəd Zəhran Məmdani CNN-ə verdiyi müsahibədə bildirib ki, Tramp və Mask Endryu Kuomonu dəstəkləyirlər, çünki Endryu, onların əllərində kukla kimi olacaqdır.

O əlavə edib: Nyu-York sakinləri bələdiyyə binasında Trampın planlarını həyata keçirən və onu təqlid edən birini görmək istəmirlər.

Məmdani vurğuladı: Ağ Evdə bal zalının tikintisinə xərclənən 300 milyon dollar 100.000 Nyu-Yorklu üçün əlavə qida yardımı proqramının xərclərini ödəyə bilər. Bu, Trampın amerikalılar üçün qida almağı daha da çətinləşdirməyə çalışdığı bir vaxtdır.

O, bildirib: Trampın hansı şəhərin və ya ştatın büdcə almaq hüququna malik olduğunu müəyyən etmək hüququ yoxdur. Biz bu vəsaitləri almaq üçün mübarizə aparırıq.

ABŞ prezidenti Donald Tramp Demokrat müsəlman namizəd Zəhran Məmdani mer seçkilərində qalib gələcəyi təqdirdə Nyu-York şəhərinin federal maliyyələşdirilməsini məhdudlaşdıracağı ilə hədələyib.

Sizin rəyiniz

You are replying to: .
captcha