Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Türkiyənin bütün 81 vilayətində qeyri-qanuni miqrasiyaya və onun təşkilatçılarına qarşı keçirilən əməliyyatlar nəticəsində 52 nəfər, o cümlədən 14 xarici vətəndaş saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Nazir əlavə edib ki, əməliyyat zamanı 402 min 98 nəfərin şəxsiyyəti yoxlanılıb və 666 qanunsuz miqrant tutulub.
“Onların öz ölkələrinə geri qaytarılması üçün lazımi prosedurlara start verilib”, - deyə Ali Yerlikaya bildirib.
Sizin rəyiniz