Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi jurnalistlərlə söhbətində Tehran şəhərində Əfqanıstanla bağlı məsələlərin müzakirəsi və fikir mübadiləsi üçün regional görüşün təşkil olunmasının planlaşdırıldığını bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü qonşu ölkələrlə, o cümlədən Pakistan və Əfqanıstanla davamlı məsləhətləşmələr aparıldığını qeyd edərək bildirib: İran İslam Respublikası ölkəmizin qonşuluq mühitində təhlükəsizlik və sabitliyə böyük önəm verir və bu çərçivədə region ölkələri arasında gərginliyin azaldılması və anlaşmanın gücləndirilməsi üçün hər cür səyi əsirgəmir.
Nazirliyin sözçüsü bu görüşün qonşu ölkələr və digər regional tərəflərlə müxtəlif səviyyələrdə aparılan məsləhətləşmələrin nəticəsi olduğunu bildirərək ümid etdiyini bildirib ki, bu təşəbbüs regional həmrəylik və gərginliyin aradan qaldırılmasında effektiv rol oynaya bilər.
Sizin rəyiniz