Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Amerikalı tədqiqatçı və Minnesota Universitetinin professoru Uilyam Biman, ABNA-ya verdiyi müsahibəsində Vaşinqtonun siyasətinin praktikada dəyişmədiyini vurğulayıb.
O, bilıdirib ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, "National" jurnalına verdiyi müsahibəsində, Vaşinqtonun son illərdə İranda Vəliyyi Fəqih Hakimiyyətini dəyişdirmək üçün iki dəfə cəhd etdiyini, lakin bu səylərin heç bir nəticə vermədiyini açıqlayıb.
Tom Barak, ABŞ-ın hazırkı siyasətinin İrandakı mövcud Molla Hakimiyyətinin dəyişikliyinə yönəlmədiyini və fikir ayrılıqlarının regional danışıqlar yolu ilə həll edilməli olduğunu söyləyib.
Qeyd edək ki, Tom Barakın bu açıqlamaları, Trampın daha əvvəl sionist İsrail rejiminin İrana qarşı hücumlarının planlaşdırılmasındakı rolunu təsdiqlədiyi bir vaxta təsadüf edir.
Vaşinqtonun yazılmamış məktubu: Rejim dəyişikliyi üçün davamlı təzyiq
Amerikalı tədqiqatçı və Minnesota Universitetinin professoru Uilyam Biman, ABNA-ya verdiyi müsahibəsində Vaşinqtonun siyasətinin praktikada dəyişmədiyini vurğulayıb.
O bildirib ki, iqtisadi təzyiq, sanksiyalar, təcrid və devirmək məqsədi ilə sosial narazılıq yaratmaq strategiyası Corc Buş administrasiyasından bəri davam edir və bu strategiya heç vaxt nəticə verməsə də, nüfuzlu Amerika neokonservatorları və beyin mərkəzləri tərəfindən dəstəklənməkdə davam edir.
Tramp və daha çox şantaja oxşayan "müzakirələr"
Biman, Barakın Trampın İranla real danışıqlara hazır olması barədə iddiasını siyasi taktika hesab edib.
Onun sözlərinə görə, Trampın təzyiq və məcburiyyətə əsaslanan yanaşması var və danışıqlar üçün ilkin şərt kimi nüvə fəaliyyətlərinin tamamilə dayandırılması, obyektlərin sökülməsi, Sepahın (İslam İnqilabı Keşişkiçləri Korpusunun ləğvi və müqavimət qruplarına dəstəyin kəsilməsi kimi şərtlər qoyur; və bu şərtlər danışıqlar demək deyil, birbaşa İranda mövcud hakimiyyətin dəyişikliyinə yönəlmiş addımlardır.
Amerikanın Hakimiyyət dəyişikliyi layihələrində təkrarlanan uğursuzluqları
Minnesota Universitetinin professoru İraq və Əfqanıstan kimi nümunələrə istinad edərək bildirib ki, "çevrilişə təhrik etmək üçün insanların həyatını acınacaqlı etmək" strategiyası heç vaxt təsirli olmayıb.
O, rəsmi açıqlamanın olmamasına baxmayaraq, ABŞ-da müxtəlif siyasi səviyyələrdə İran hökumətini dəyişdirmək istəyinin hələ də olduğunu və hətta xaricdəki bəzi iranlıların da bu məqsədə çatmaqları ümidi ilə Trampı dəstəklədiklərini vurğuladı.
Sizin rəyiniz