13 dekabr 2025 - 15:06
Source: IRNA
Vladimir Putin: İranın nüvə məsələsində Tehranı dəstəkləyirik

Vladimir Putin cənabları: “Görüşün əvvəlində Sizdən xahiş edirəm ki, mənim ən xoş arzularımı və səmimi salamlarımı Ali Məqamlı Lider cənab Ayətullah Xameneiyə çatdırasınız.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin cümə günü Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunun çərçivəsində İran İslam Respublikasının Möhtərəm Prezidenti cənab Məsud Pezeşkianla görüşündə deyib: “Siz bizim mövqeyimizlə yaxşı tanışsınız və biz Birləşmiş Millətlər Təşkilatında İranı dəstəkləyirik.”

Rusiya Prezidenti bildirib: “Tehran və Moskva beynəlxalq arenada, o cümlədən İranın nüvə məsələsində bir-biri ilə sıx və davamlı təmasdadır və Rusiya bu mövzuda İranı dəstəkləyir.”

O əlavə edib: “İran və Rusiyanın xarici işlər nazirləri də müxtəlif məsələlərlə bağlı daim bir-biri ilə təmasdadırlar.”

Görüşün əvvəlində Rusiya Prezidenti bildirib: “Sizinlə görüşdüyümə çox şadam. Biz mütəmadi olaraq görüşürük. O cümlədən 2025-ci ilin əvvəlində (2025-ci il yanvarın 17-si) “Hərtərəfli Strateji Müqavilə” adlanan çox mühüm bir sənədi imzaladıq.”

Putin görüşün davamında əlavə edib: “Görüşün əvvəlində Sizdən xahiş edirəm ki, mənim ən xoş arzularımı və səmimi salamlarımı Ali Məqamlı Lider cənab Ayətullah Xameneiyə çatdırasınız.”

Rusiya Prezidenti vurğulayıb ki, iki ölkə münasibətləri çox müsbət istiqamətdə inkişaf edir. 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi 13 faiz artıb və 2025-ci ilin ilk doqquz ayında bu artıma daha 8 faiz əlavə olunub.

Putin çıxışının digər hissəsində bildirib ki, İran və Rusiya əsas və strateji layihələr üzərində birgə işi davam etdirirlər. Bu kontekstdə o, Buşehr AES, infrastruktur layihələri, o cümlədən Şimal–Cənub Nəqliyyat Dəhlizini qeyd edib.

O həmçinin əlavə edib ki, İran və Rusiya qaz nəqli, elektrik enerjisinin ötürülməsi və kənd təsərrüfatı sahəsində ticarət əlaqələrinin genişləndirilməsi imkanlarını da birgə araşdırırlar.

Sizin rəyiniz

You are replying to: .
captcha