Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: IRNA –nın məlumatına görə, İran Xarici İşlər Naziri öz "X" sosial media hesabında paylaşdığı yazıda bildirib: Çin Xalq Respublikası və Rusiya Federasiyasının xarici işlər nazirləri ilə birlikdə Tiencin şəhərində imzaladıqları birgə məktub onların qəti mövqeyini əks etdirir.
Məktubda Avropa ölkələrinin “Snapback" (tətik mexanizmi) mexanizmini işə salmaq cəhdlərinin heç bir hüquqi əsasının olmadığı vurğulanır.
Seyid Abbas Əraqçi, Prezidentlə birlikdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak məqsədilə Çinin Tiencin şəhərində olarkən, məktuba dair açıqlamasında qeyd edib:
Çin və Rusiya xarici işlər nazirləri ilə birgə Tiencində imzaladığımız məktub, Avropa ölkələrinin “Snapback" mexanizmini işə salmaq üçün etdikləri cəhdlərin hüquqi əsası olmadığını və siyasi baxımdan dağıdıcı addım sayıldığını qəti şəkildə bəyan edir.
Əraqçi əlavə edib:
Avropa Birliyi üzvü olan üç ölkənin (Almaniya, Fransa və İngiltərə) bu addımının etibarsız olduğunu elan etməklə, rəsmi olaraq qeyd etdik ki, heç bir tərəf hadisələrin ardıcıllığını silə bilməz: İlk olaraq Birləşmiş Ştatlar 2231 saylı qətnamə və nüvə sazişini pozdu, daha sonra isə Avropa öz öhdəliklərinə sadiq qalmaq əvəzinə qanunsuz sanksiyalarla razılaşdı. Bu inkarolunmaz həqiqətlər Təhlükəsizlik Şurasındakı ciddi dialoqun əsasını təşkil etməlidir.
O, beynəlxalq hüququn əsas prinsipini vurğulayaraq bildirib:
Hüquq və öhdəliklər ayrılmazdır. Öhdəliklərinə əməl etməyən ölkələr, həmin razılaşmadan faydalanmaq haqqına malik deyillər. Çoxşaxəli diplomatiyanın etibarı yalnız bu məntiq əsasında qorunacaq. Təhlükə altında olan yalnız İran İslam Respublikasının hüquqları deyil, həm də beynəlxalq razılaşmaların bütövlüyü və etibarlılığıdır. Əgər öhdəliklərin məqsədyönlü şəkildə yerinə yetirilməsi və qanuni proseslərin sui-istifadəsi qəbul edilərsə, kollektiv təhlükəsizliyin əsasları ciddi şəkildə zərər görəcək.
Sizin rəyiniz