Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rəsmi Karakas son 100 ilin ən böyük ABŞ müdaxiləsi təhlükəsi ilə üz-üzədir.
Bu barədə Venesuela prezidenti Nikolas Maduro bəyan edib.
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Nikolas Maduro bildirib: “Venesuela kontinentimizin son 100 ildə məruz qaldığı ən böyük təhdidlə üzləşməkdədir. (ABŞ-a məxsus) 1 200 raket daşıyan 8 hərbi gəmi və atom sualtı qayığı ölkəmizi nişan alıb”.
Maduro xarici müdafiə təhlükəsini “həddindən artıq, əsassız və tamamilə cinayətkəranə” kimi səciyyələndirib.
O deyib ki, ABŞ tərəfindən olan “maksimal hərbi təzyiq şəraitində Venesuelada maksimal müdafiə hazırlığı elan edilib”.
Maduro rəsmi Karakasa təzyiqin göstərilməsində və Latın Amerikasında vəziyyətin destabilizasiyasında ABŞ dövlət katibi Marko Rubionu ittiham edib.
O bildirib ki, ABŞ “qan tökmək, Venesuela, Latın Amerikası və Karib hövzəsi xalqına qarşı mühaibə başlatmaq niyyətindədir”.
Maduro xatırladıb ki, Qərb dünyasının, xüsusilə də ABŞ-ın yürütdüyü hakimiyyət dəyişiklikləri siyasəti bütün dünyada iflasa uğrayıb.
Nəzərinizə çatdıraq ki, ABŞ ordusuna aid hərbi gəmilər, həmçinin 4,5 min hərbi Venesuela sahillərinə doğru hərəkət edir.
Sizin rəyiniz