14 avqust 2025 - 20:31
İraq və digər ölkələrdən 4700-dən çox jurnalist və operator Ərbəin mərasimini işıqlandırır

Məhəmməd Əli Ənuşə: İraqda isti hava şəraitinə baxmayaraq, indiyədək İraq və digər ölkələrdən 4700-dən çox jurnalist, müxbir, operator və media fəalı əzəmətli İmam Hüseyn (ə) Ərbəini toplantısı mərasimini işıqlandırmaq üçün yürüş marşrutlarında və Nəcəf Əşrəf və Kərbəla Müəlla şəhərlərində olub.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA – nın İraqdakı Ərbəin Qərargahının İnformasiya və Kiber Məkan Komitəsinin rəhbəri deyib: Ərbəin yürüşünü işıqlandırmaq üçün İraqda xarici jurnalistlər və media fəallarının iştirakı ötən illə müqayisədə təxminən beş faiz artıb və 4700-dən çox media fəalı mərasimi işıqlandırır.

Məhəmməd Əli Ənuşə qeyd edib ki, İraqda isti hava şəraitinə baxmayaraq, indiyədək İraq və digər ölkələrdən 4700-dən çox jurnalist, müxbir, operator və media fəalı əzəmətli İmam Hüseyn (ə) Ərbəini toplantısı mərasimini işıqlandırmaq üçün yürüş marşrutlarında və Nəcəf Əşrəf və Kərbəla Müəlla şəhərlərində olub.

Cümə axşamı günü Kərbəlada İRNA-nın müxbiri ilə eksklüziv müsahibəsində Ənuşə deyib: Bu il İraqda jurnalistlər, sənədli filmlər hazırlayanlar və media fəallarının iştirakı əvvəlki illərlə müqayisədə çox təsir edici idi. və onlar müqəddəs Kərbəlaya doğru yürüşün bütün marşrutlarını piyada gəzərək, bu Hüseyni şövqün xəbər və hesabatlarını dünyaya çatdırırdılar.

Sizin rəyiniz

You are replying to: .
captcha