14 avqust 2025 - 18:13
2025-ci ilin Ərbəin mərasimində 4 milyondan çox xarici zəvvar iştirak edir

İraq Daxili İşlər Nazirliyi Ərbəin ziyarətinə 4 milyondan çox xarici zəvvarın qatıldığını açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqın Daxili İşlər Nazirliyi Hicri Qəməri təqvimi ilə 1447-ci ilin Səfər ayının 19-da (14 Avqust 2025-ci il), cümə axşamı günü Ərbəin ziyarətində 4 milyondan çox xarici zəvvarın iştirak etdiyini açıqlayıb.

İraqın rəsmi Xəbər Agentliyinin verdiyi məlumata görə, İraq Daxili İşlər Nazirliyinin sözçüsü Abbas əl-Bəhadli bildirib ki, İraq Ərbəin ziyarətində iştirak edən xarici nümayəndə heyətlərindən 4 milyon 100 min zəvvar qəbul edib.

O əlavə edib ki, Ərbəin mərasimində 140 müxtəlif ölkədən bu sayda əcnəbi zəvvar iştirak edib.

Bundan əvvəl İraqın Təhlükəsizlik İnformasya Bölməsinin rəhbəri vurğulamışdı ki, bu günə qədər bu ziyarətdə heç bir təhlükəsizlik riski olmayıb.

Kərbəlai-Mualla şəhərinin valisi da ötən illə müqayisədə zəvvarların sayının artdığını bildirib.

Sizin rəyiniz

You are replying to: .
captcha