6 avqust 2025 - 18:43
Source: Az.shafaqna.com
Faşist İsrail rejiminin Qəzzaya hücumları nəticəsində həyatını itirənlərin sayı 61 mini keçib

Son 24 saatda daha 8 fələstinli aclıqdan ölüb və beləliklə də aclıqdan həyatını itirənlərin sayı 94-ü uşaq olmaqla 188-ə çatıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist İsrail ordusunun hücumları nəticəsində son 24 saat ərzində Qəzza zolağında 87 nəfər ölüb, 644 nəfər yaralanıb.

Az.shafaqna.com-un verdiyi xəbərə görə, bununla bağlı Fələstinin Səhiyyə Nazirliyi açıqlama verib.

Açıqlamada həmçinin bildirilib ki, yardım paylama məntəqələrində yardım gözləyən fələstinlilərə qarşı təşkil olunan hücumlar zamanı 1568 nəfər ölüb, 11230 nəfər yaralanıb.

Son 24 saatda daha 8 fələstinli aclıqdan ölüb və beləliklə də aclıqdan həyatını itirənlərin sayı 94-ü uşaq olmaqla 188-ə çatıb.

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində həyatını itirənlərin sayı 61 020 nəfərə, yaralıların sayının isə 150 671 nəfərə çatıb.

Sizin rəyiniz

You are replying to: .
captcha