9 dekabr 2025 - 21:01
Tramp: Ukraynada seçkilərin keçirilməsinin vaxtıdır

ABŞ prezidenti eksklüziv müsahibəsində Avropa ölkələrinin başçılarını və Ukrayna prezidentini tənqid etdi və Ukraynada prezident seçkilərinin keçirilməsinin vaxtının çatdığını vurğuladı.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ prezidenti Donald Tramp Politico-ya verdiyi eksklüziv müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenskini və Avropa ölkələrinin başçılarını Vaşinqtonun Ukraynadakı müharibəyə son qoymaq üçün təklif etdiyi planla bağlı davranışlarına görə tənqid etdi və həmçinin iddia etdi ki, "Maduronun (Venesuela prezidenti) son günləri yaxınlaşır".

O, Ukrayna prezidentini tənqid etdi və dedi: "Düşünürəm ki, Ukraynada (prezident) seçkilərinin keçirilməsinin vaxtıdır; Zelenski qalib gələ bilər, amma uzun müddətdir seçkilər keçirmirlər; onlar demokratiyadan danışırlar, amma işlər artıq demokratik olmadığı bir nöqtəyə çatıb".

Tramp dedi: "Zelenski mənim sülh planımı oxumayıb, oxusaydı, əla olardı."

O əlavə etdi: “Mən bəzi Ukrayna rəsmiləri tərəfindən müsbət qarşılanan yeni sülh planı layihəsini təqdim etdim, amma Zelenskinin özü hələ onu görməyib.”

ABŞ prezidenti Avropa liderlərini lağa qoyaraq dedi: "Mənim təəssüratım budur ki, Avropa liderləri zəifdirlər."

O, sözünə davam etdi: “Mən müharibənin sona çatmasında Avropa liderlərinin roluna böyük əhəmiyyət verirəm. Onlar danışırlar, amma heç nəyə nail olmurlar və müharibə əbədi davam edir. Putin də zəif Avropanı görməyi sevir və o da bunu görür. Bunun mənimlə heç bir əlaqəsi yoxdur. Mən güclü Avropa görmək istəyirəm.”

Avropa seçkilərində ifrat sağçıları dəstəklədiyinə toxunan Tramp dedi: “Bəli, mən Avropada avropalıların bəyənmədiyi insanları müdafiə etmişəm. Mən Viktor Orbanı (Macarıstanın Baş naziri və Avropa Birliyi əleyhinə) dəstəkləmişəm.”

Sizin rəyiniz

You are replying to: .
captcha