Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Cəzirənin məlumatına görə, işğal olunmuş Qüds Valiliyi çərşənbə axşamı 182 yəhudi sionist köçkünün Əl-Əqsa Məscidinə daxil olaraq bu müqəddəs məkanı təhqir etdiyini açıqlayıb.
İşğal olunmuş Qüdsdəki Vadi Hilva Məlumat Mərkəzi açıqlayıb: “Ötən ilin noyabr ayında İsrail işğalçı qüvvələrinin tam dəstəyi ilə 4100-dən çox yəhudi sionist köçkünləri Əl-Əqsa Məscidinin həyətlərinə sistematik hücumlar edib.”
Hesabata görə, basqınlar zamanı bu yəhudi qruplar Əl-Əqsa Məscidinin müxtəlif yerlərində, xüsusən də şərq bölgəsində açıq şəkildə dualar və Talmud ayinləri keçiriblər ki, bu da bu müqəddəs məkanın tarixi və dini statusunu dəyişdirmək siyasətinin bir hissəsi hesab olunur.
Sizin rəyiniz