Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: South China Morning Post qəzetinin məlumatına görə, Koreya ordusu elan edib: “Bu gün, Çərşənbə axşamı Çin və Rusiya hərbi təyyarələri əvvəlcədən xəbərdarlıq etmədən Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil olublar. Bu da öz növbəsində Seulun qırıcı təyyarələrinin mövqe tutmalarına səbəb oldu.”
Sözü gedən medianın məlumatına görə, Cənubi Koreya elan edib: “7 Rusiya və 2 Çin hərbi təyyarəsi hava hücumundan müdafiə zonasına daxil olduqdan sonra Seulun qırıcı təyyarələri hədəf nöqtəsinə göndərildi.”
Seulun Birgə Qərargah Rəisləri Komitəsi açıqlamasında Rusiya və Çin təyyarələrinin yerli vaxtla təxminən saat 10:00-da (Sinqapur vaxtı ilə saat 9:00) Koreya Hava Hücumundan Müdafiə Zonasına (KADIZ) daxil olduğunu bildirdi.
Bununla belə Cənubi Koreya nə Rusiya, nə də Çin təyyarələrinin Seulun hava məkanını pozmadığını bildirb.
Sizin rəyiniz