Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Məyadin Xəbər Agentliyinin məlumatına görə, sionist media ABŞ Hərbi Dəniz Qüvvələrinə istinadən bildirib ki, Harri S. Truman təyyarədaşıyan gəmisi səkkiz aylıq missiyası ərzində 100 milyon dollar məbləğində maddi ziyana məruz qalıb.
Məlumata görə, Truman 1998-ci ildən bəri fəaliyyətdə olan ən vacib və məşhur ABŞ gəmilərindən biridir.
Gəmi 2024-cü ildə ABŞ-ın Yəmənə hücumlarında iştirak edib və Qırmızı dənizdə Yəmən silahlı qüvvələrinin dəfələrlə raket zərbələrinə məruz qalıb.
Əvvəllər ABŞ Milli Etimad jurnalı ABŞ aviadaşıyıcısı Truman-ın yaxın gələcəkdə heç bir missiyaya göndərilməyəcəyini bildirmişdi.
Məlumatda deyilir: Bir neçə il çəkəcək gəminin yanacaq doldurma və geniş təmir prosesi başlayacaq.
Jurnal, Yəmənlilərlə qarşılaşmaq üçün göndərilən Truman gəmisinin ciddi ziyan çəkdiyini və geniş təmir mərhələsinə doğru getdiyini vurğulayıb.
Sizin rəyiniz