16 iyul 2025 - 21:42
Source: SAHAR TV
İran, İraq və Pakistan Ərbəin ziyarətinin asanlaşdırılması üçün üçtərəfli həmkarlığa təkid ediblər

İraq Daxili İşlər Naziri ölkəsinin zəvvarlara ev sahibliyi etməyə hazır olduğunu bildirib və İranın himayələrinin davam etməsini istəyib. O, Pakistandan da öz zəvvarlarının qayıdışı prosesini idarə etməsini təvəqqe edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran, İraq və Pakistan Ərbəin ziyarətinin asanlaşdırılması üçün üçtərəfli həmkarlığa təkid ediblər.

İraq daxili işlər naziri Əbdülamir Əlşimri Tehranın ev sahibliyi ilə keçirilən üç ölkənin Daxili İşlər Nazirlərinin iclasında İranın ev sahibliyi və Pakistan daxili işlər nazirinin iclasda iştirakını yüksək dəyərləndirib.

O, İmam Hüseynin (əleyhi səlam) Ərbəin-40 mərasiminin keçirilməsinə həsr olunan iclasda qeyd edib ki, İraq baş naziri Şia Əssudaninin göstərişi ilə Ərbəin zəvvarlarına xidmət istiqamətində bütün xidmət və logistik imkanlar təşkil olunub.

Müxtəlif keçidlərdən İraqa daxil olan pakistanlı zəvvarların böyük sayına toxunan İraq Daxili İşlər Naziri Pakistan Daxili İşlər Nazirindən pakistanlı zəvvarların öz ölkələrinə qayıdış üzrə hərəkətlərini idarə etməyi istəyib

Pakistan daxili işlər naziri də İran-İraq proqramlarını tam şəkildə himayə etdiyini bildirib. Qeyd edib ki, heç bir pakistanlı icazə almadan, İraqdan çıxış icazəsinə malik olmayacaq.

Sizin rəyiniz

You are replying to: .
captcha