Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Mehr xəbər agentliyinin müxbirinə müsahibəsində Təhrir əş-Şam vəhhabi terror qruplaşmasının liderinin Azərbaycan Respublikasına səfəri ilə bağlı açıqlama verən Qərbi Asiya məsələləri üzrə ekspert Mürtəza Simyari bildirib: “Göründüyü kimi, Qolani bu səfər zamanı Azərbaycan Respublikası hökuməti ilə qaz kəmərinin Suriyaya ötürülməsi ilə bağlı müzakirələr aparıb. Bu aysberqin görünən tərəfidir, lakin dərin mənada Qolani rejimi Suriyanın regional hadisələrdəki rolunu dəyişməyə və özünü regionda Amerika və sionist əməliyyatlar otağında bir nömrəli qalaya çevirməyə və bunun müqabilində daha çox maliyyə və maddi-texniki yardım almağa hazırlaşır.”
O, əlavə edib: “Bu səfər həm də onu göstərir ki, Qolani Türkiyənin tənzimləmə siyasətlərinə əməl edib, çünki Dəməşq kifayət qədər sabitliyin olmaması və çoxlu sayda yerli və xarici aktorların olması səbəbindən keçid dövründə mərkəz nöqtəsidir. Qolani Amerika regional laboratoriyasında genetik mutasiyaya məruz qalmış və Dəməşq müqavimət göstərən İslam cəmiyyəti müqabilində “normallaşmış” müsəlman cəmiyyətinin simvoluna çevrilir. Bu brendinqin bir hissəsi isə Bakıda həyata keçirilir.”
Qərbi Asiya məsələləri üzrə ekspert Təhrir əş-Şam terror hərəkatının mahiyyətinə toxunaraq deyib: “Qolaninin Bakıya səfərinin digər əsas motivasiyası da bu günlərdə Dəməşqdə tüğyan edən və Suriyada xaos və təhlükəsizlik problemlərinə səbəb olan beynəlxalq təkfirçi qüvvələrlə bağlıdır. Bu qüvvələr mərkəzi hökumətə tabe olmur və Qolanini cari məsələlərdə siyasi praqmatizmdə ittiham edirlər.”
Simyari, davam edərək bildirib: “Təhrir əş-Şamdakı müxtəlif fraksiyaların mövcudluğuna görə Qolani müxtəlif eniş-yoxuşlarla üzləşib. Təşkilatdakı sələfi-cihad ziyalı liderləri arasında ixtilaflar ən yüksək səviyyədədir və təkfirin həddi və hüdudu kimi məsələlərdə boşluqlar o dərəcədə dərindir ki, Əbdül Rəhim Atun və Əbu Məhəmməd əl-Muqaddasinin ziyalı tərəfdarları arasında yalnız silah hökm sürür. Məhz buna görə də Qolani, xarici təkfirçi terror qüvvələrinin Dəməşqdən Qarabağ dəştisinə köçürülməsi planını təsdiqləmək üçün Bakıya səfər edir.”
Əliyevlər sülalə rejiminin terrorçuları qəbul etməsinin motivlərinə toxunan ekspert deyib: “Bakı hökumətinin də bu beynəlxalq qüvvələri qəbul etmək üçün kifayət qədər motivləri var idi və iqlim problemlərini bəhanə edərək İranla sərhəddə yerləşən Şiə şəhər və kəndlərini boşaldıb. İndi də çoxmillətli təkfirçi qüvvələrin həmin ərazilərdə yerləşməsinə imkan yaranıb. Qeyd etməliyik ki, Bakı hökuməti bu hesablamalarda düşüncə xətasına yol verib.”
Bakı al-verində qara sikkənin iki üzündəki "Colani" və "Fəhimə Ərvani"
Regional təhlükəsizlik sahəsində bu ekspert Bakıda daha bir terrorçu təbəqənin olmasına toxunaraq əlavə edib:
Regional təhlükəsizlik sahəsi üzrə ekspert Bakıda özünə sığınacaq almış daha bir terrorçu təşkilatın mövcudluğuna toxunaraq əlavə edib: “Hadisələrin təfərrüatlı şəkildə təhlili göstərir ki, amerikalı və sionist komandanlıq Suriyadakı təkfirçi terrorçular ilə Bakıda olan Albaniyadakı eklektik terrorçular arasında konseptual ortaq nöqtə yaratmağa çalışır. Bu təhlil üçün sübutlar da var ki, bunlardan ən mühümü İrandan xaricə qaçmış münafiqlərin təşkil verdiyi “Nifaq” TV-yə azəri dilində bəzi xəbərlərin yayımı üçün lisenziya verilməsidir; iranlı münafiqlərin təşkil verdiyi “MKO” terror təşkilatı azəri dilində yayımlanan xəbər tv idarəsinin məsuliyyətini Fəhimə Ərvani kimi flört edən və cinayətkar qadına həvalə edib.”
Simyari sözünə davam edərək bildirib: “Bəzi məlumatlar “MKO” terror təşkilatının Azərbaycan şəbəkəsini genişləndirmək üçün Bakıda xəbər bürosunun açılması ilə bağlı yazışmalara başladığından xəbər verir. Bu xəbər bürosu əslində MKO-nun əməliyyatlar həyata keçirmək üçün təkfirçi şəbəkə ilə əlaqə saxlaması üçün bir örtükdür. Qeyd edək ki, Təl-Əviv Azərbaycan Respublikasını İrana qarşı hərbi əməliyyatların eskalasiya mərkəzinə çevirmək niyyətini dəfələrlə bəyan edib.”
Ekspert sonda vurğulayaraq bildirib: “Şübhəsiz ki, Əliyev hökuməti xarici düşmən agentinin davranışını diqqətlə nəzərdən keçirməklə başa düşəcək ki, Qolani və Ərvani Suriyanın qiymətli sikkəsi deyil, qara və dəyərsiz puldur, regionun gələcəyi üçün risklidir və bu, Tehran üçün təhlükə yaratmaqdan daha çox Bakıya zərər verəcəkdir.”
Sizin rəyiniz