Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Azərbaycan Respublikasına qanunsuz yollarla hakim kəsilmiş əliyevlər sülalə rejiminin prezidenti İlham Əliyevin İyulun 12-də, 14:00 radələrində, Bakıda rəsmi işgüzar səəfərdə olan Suriya Ərəb Respublikasına çevriliş yolu ilə hakim kəsilmiş “Təhrir əl-Şam” vəhhabi əqidəli terror qruplaşmasının başçısı, Qolani ləqəbli Əhməd əş-Şaraa ilə geniş tərkibdə görüşü olub.
AZƏRTAC xəbər verir ki, sülalə rejiminin başçısı İlham Əliyev terrorçu Qolanini rəsmən qarşılayıb.
İlham Əliyev və Qolani ləqəbli vəhhabi terrorçu Əhməd əş-Şaraa rəsmi foto çəkdiriblər.
Əliyev, vəhhabi terrorçu Əhməd əş-Şaraanın Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyinə ümidvarlığını bildirib.
Suriyadakı əvvəlki anti-terror Bəşşar Əsəd hökumətinin uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasətini həyata keçirdiyini iddia edən İlahm Əliyev, vaxtında iki dövlət arasındakı münasibətləridə durğunluğun olduğunu vurğulayıb. O, bildirib ki, Suriyada yeni hakimiyyətin (vəhhabi Təhrir əl-Şam terrorçu hökümətinin) qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və baş nazirin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin Suriyaya səfərini xatırladan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərlə müxtəlif sahələrdə əməkdaşlığımızın inkişafı ilə əlaqədar layihələrin müzakirə edildiyini vurğulayıb.
Suriya Ərəb Respublikasına hakim kəsilmiş Qolani vəhhabi terror başçısı Antalya Diplomatiya Forumu çərçivəsində əliyevlər sülalə başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.
O, əliyevlər sülalə rejiminin Suriyaya göstərdiyi “qardaşlıq” dəstəyinə görə İlham Əliyevə təşəkkürünü bildirib.
Baş kəsən vəhhabi terrorçu Əhməd əş-Şaraa əvvəlki hakimiyyətin Suriyanın bir çox ölkələrlə (yəni İsrail terrorçu rejimi və yəhudiliyin binövrəsini qoruyan ərəb liqası ölkələri ilə), o cümlədən Azərbaycanla əlaqələrə xələl gətirdiyini təəssüflə qeyd edib. O, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə (təhlükəsizlik və hərbi sahələrdə) əməkdaşlıqda maraqlı olduğunu deyib.
44 günlük ikinci Qarabağ Müharibəsində Təhrir əl-Şam terror qruplaşmasının ünsürlərinin Türkiyə vasitəsi ilə Naxçıvana və oradan Bakıya gətizdirilərək Qarabağ döyüşlərində iştirak etdiklərinə işarə edən Qolani, Azərbaycanın əldə etdiyi uğurlar və torpaqlarının işğaldan azad edilməsi münasibətilə təbriklərini İlham Əliyevə çatdırıb...
Görüşdə iki terror rejimi arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya və oradan da sionist İsrail rejiminə ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın vəhhabi terror rejiminin enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub. Əliyevlər sülalə rejiminin Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb.
Söhbət zamanı Əliyevlər sülalə rejimi ilə Suriya vəhhabi terrorçu rejimi arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa toxunulub, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın işğaldan azad edilmiş Qarabağ ərazilərində apardığı bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulanıb ki, bu xüsusda Azərbaycan Suriyanın post-münaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər (Şiəliyin region ölkələrindən məhv edilməsi kimi məsələlər) barədə də fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan Respublikasına qanunsuz yollarla hakim kəsilmiş İlham Əliyevin Suriya Ərəb Respublikasına çevriliş yolu ilə hakim kəsilmiş Qolani ləqəbli vəhhabi terrorçu Əhməd əş-Şaraa ilə məhdud tərkibdə görüşü keçirilib.
Sizin rəyiniz