Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqın Ali Məhkəmə Şurası Ayətullah Məhəmməd Baqir əs-Sədr və onun bacısı Şahidə Bint əl-Hudanın qətli işi üzrə elan edib: İraqın Ali Məhkəmə Şurası sabiq Səddam rejiminin repressiya aparatında vəzifə tutan və Ayətullah Şəhid Məhəmməd Baqir əs-Sədr ilə onun bacısı Şəhidə Bint əl-Hudanın qətli işi üzrə məhkumlardan ikisi üçün ölüm hökmü çıxarıb.
Bəyanatda qeyd olunub ki, sabiq və devrilmiş İraq rejimi ilə əməkdaşlıq edən və repressiya aparatında vəzifə tutan iki məhkum, Diyalə körpüsü ərazisində qurbanların öldürülməsi və daha sonra Şəhid Sədrin cənazəsinin Nəcəf Əşrəf vilayətinə köçürülməsi cinayətində iştirak etdiklərini etiraf ediblər.
Keçən yanvarda İraq Milli Təhlükəsizlik Təşkilatı keçmiş Baas rejiminə bağlı “ən cinayətkar şəxslərdən” beşini həbs etdiyini açıqlamışdı. Bu şəxslər arasında şəhid dini rəhbər Ayətullah Məhəmməd Baqir əs-Sədr və onun bacısı Bint əl-Hudanın, həmçinin Əl-Həkim ailəsinin bir sıra üzvlərinin qətlini törədənlər, də var.
Sizin rəyiniz