29 may 2025 - 10:05
"Afrika Qurtuluş Günü"nündə: “Kvame Ture” mükafatı şəhid Yəhya Sinvara təqdim edilib

2025-ci il üçün illik "Kvame Ture" mükafatı "Afrika Qurtuluş Günü"nün illik qeyd edilməsi ilə birlikdə Fələstinin şəhid lideri Yəhya Sinvara (Əbu İbrahimə) təqdim edilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Xalqların müstəmləkəçilik və hökmranlığa qarşı mübarizələrinin şərəfinə təşkil edilən rəmzi mərasimdə "Ümumafrika Xalqların İnqilab Partiyası" Fələstinli şəhid lider Yəhya Sinvarın Fələstin müqavimətinə rəhbərlikdə öncül rolunu və xüsusilə də “Əl-Əqsa tufanı” döyüşü zamanı sionist rejimin işğalına qarşı Fələstin xalqının hüquqlarını qəhrəmancasına müdafiə etdiyini təqdir edərək 2025-ci il üçün illik "Kvame Ture" mükafatını şəhid Yəhya Sinvara təqdim edib.

Məlumata görə, mükafatlandırma mərasimi “Afrika Qurtuluş Günü”nün illik qeyd olunması çərçivəsində keçirilib; Bu gün 1963-cü il mayın 25-də Afrika Birliyi Təşkilatının yaranmasının ildönümü ilə üst-üstə düşür və Afrika xalqlarının müstəmləkəçilik, irqçilik və asılılığa qarşı mübarizələrini xatırlayır. Bu mərasimdə mükafat Şəhid Sinvar ailəsi və İslami Müqavimət Hərəkatı HƏMAS adından Fələstin Alternativ İnqilabi Yol Hərəkatı tərəfindən alınıb.

İslami Müqavimət Hərəkatı HƏMAS-ın nümayədəsinin etdiyi çıxışının bir hissəsində deyilirdi: “Bu mühüm tədbirdə, Afrikanın Qurtuluş Günündə iştirak etmək və etibarlı bir qurum kimi Kvame Ture mükafatını almaq və onu böyük Fələstinin milli lideri Şəhid Yəhya Sinvarın ailəsinə və yoldaşlarına həsr etmək bizim üçün şərəfdir”.

HƏMAS-ın nümayəndəsi çıxışında həmçinin vurğulayıb: “Bu mükafat Fələstin azadlıq hərəkatı ilə Afrikanın azadlıq hərəkatları arasındakı tarixi bağın dərinliyini və gücünü simvollaşdırır. Sizin fədakarlığınız, şəhidləriniz, inqilab liderləriniz bizi həmişə ruhlandırıb; və Kvame Turenin Yolu həmişə Fələstin məsələsinə dəstək verən aydın və inqilabi mövqe ilə müşayiət olunub. O, sionizmlə imperializm arasındakı əlaqəni çox gözəl anlayırdı”.

Sizin rəyiniz

You are replying to: .
captcha