28 oktyabr 2025 - 14:52
ABŞ, Səudiyyə rejimindən sonra Yaponiyanı sağmağa başladı

Yaponiya ABŞ-dən böyük miqdarda hərbi texnika alacaq

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: "Yaponiyadan böyük miqdarda ABŞ hərbi texnikası üçün sifarişlər almışıq".

Bu barədə ABŞ-ın “unukal” lideri Donald Tramp məlumat verib.

Dövlət başçısı Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşdən sonra bununla bağlı danışıb: "Bilirəm ki, hərbi imkanlarınızı əhəmiyyətli dərəcədə artırırsınız və sizdən çox böyük miqdarda yeni hərbi texnika üçün sifarişlər almışıq".

ABŞ lideri iki ölkə arasında ticarət sazişinin əhəmiyyətini vurğulayaraq, bunu ədalətli və qarşılıqlı fayda kimi xarakterizə edib.

"Bu sifarişi və bütövlükdə ticarət əlaqələrini yüksək qiymətləndiririk. Biz yeni razılaşma əldə edirik və bu, həqiqətən ədalətli bir anlaşmadır", - deyə Tramp vurğulayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha