Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın Kubaya qarşı sanksiyalarının sona çatdırılması məsələsinə münasibət bildirib.
Cənab Əmir Səid İrəvani bu barədə vurğulayıb: Bu ölkəyə tətbiq olunan blokada dərhal və heç bir qeyd-şərt olmadan ləğv edilməlidir.
Onun sözlərinə görə, bu tədbirlərin dayandırılması yalnız Kuba xalqı üçün zəruri bir rahatlıq gətirməyəcək, eyni zamanda dünyaya açıq və qəti bir mesaj göndərəcək – yəni məcburiyyət, hegemonluq və iqtisadi zülm dövrü sona çatmalıdır.
İrəvani əlavə edib: Artıq altmış ildən çoxdur “demokratiyanın təşviqi” bəhanəsi ilə Kubaya qarşı tətbiq edilən birtərəfli və qeyri-insani sanksiyalar və blokada, müstəqil və suveren bir ölkəyə qarşı həyata keçirilən açıq zorakı tədbirlərin nümunəsidir və bu, Kuba xalqının hüquq və rifahını sistematik şəkildə zəiflədib.
 
             
             
                                         
                                         
                                         
                                        
Sizin rəyiniz