Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Sudanın Şimali Darfur əyalətinin mərkəzi Faşer şəhərində baş verən silahlı toqquşmalardan narahatlığını ifadə edib.
Cənab Bəqayi, şəhərdə infrastrukturun dağıdılmasını və günahsız insanların öldürülməsini qətiyyətlə pisləyib.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Sudanın yenidən parçalanması üçün bəzi təhlükəli addımlara qarşı xəbərdarlıq edərkən, Sudanın milli suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyin vacibliyini vurğulayıb.
 
             
             
                                         
                                         
                                         
                                        
Sizin rəyiniz