29 oktyabr 2025 - 18:51
Source: IRNA
HƏMAS: İsrail “planlı şəkildə həyata keçirilən siyasət”lə əsirlərin cəsədlərinin tapılmasına mane olur

Hərəkatın bəyanatında bildirilib ki, sionist rejim “planlı şəkildə həyata keçirilən siyasət”lə Qəzza zolağında öz əsgərlərinin cəsədlərinin axtarışı istiqamətində görülən səylərin qarşısını alır.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstinin İslam Müqavimət Hərəkatı HƏMAS, İsraili öz əsgərlərinin cəsədlərinin Qəzzada tapılmasının əsas maneəsi adlandırıb.

Hərəkatın bəyanatında bildirilib ki, sionist rejim “planlı şəkildə həyata keçirilən siyasət”lə Qəzza zolağında öz əsgərlərinin cəsədlərinin axtarışı istiqamətində görülən səylərin qarşısını alır.

Bəyanatda həmçinin qeyd olunur: İsrail, axtarış əməliyyatlarını sürətləndirmək və tamamlamaq üçün zəruri olan nəqliyyat vasitələrinin və ağır texnikanın bölgəyə daxil olmasına da mane olur və dağıntılar altında qalmış fələstinli şəhidlərin cəsədlərinin çıxarılmasına imkan vermir.

Sizin rəyiniz

You are replying to: .
captcha