15 may 2025 - 09:44
Məhəmməd Sinvarın terror edildiyi yerdə yaradılmış çuxur, Snvar sağdır \ VİDEO

Faşist İbrani mediası İsrailin Xan Yunisdəki Avropa Xəstəxanasına hücumunun hədəfinin HƏMAS lideri Məhəmməd əl-Sinvar olduğunu iddia edib. Hücumun nəticələri hələlik məlum deyil.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist İbrani mediası çərşənbə axşamı axşam sionist rejimin döyüş təyyarələrinin Qəzzanın cənubundakı Xan Yunisdəki Avropa Xəstəxanasına hücumunun hədəfinin HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam Briqadalarının tanınmış lideri Məhəmməd əl-Sinvar olduğunu iddia edib.

Rəsmi İbrani yayım şəbəkəsi elan edib: “İsrail ordusu Xan Yunisdəki yeraltı kompleksə müstəsna hücum həyata keçirdi.”

Media adı açıqlanmayan israilli mənbəyə istinadən yazıb: “Bu hücumun hədəfi Məhəmməd Əl-Sinvar olub”.

Yəhya əs-Sinvarın qardaşı Məhəmməd əs-Sinvar 2024-cü il oktyabrın 16-da sionist rejimin qətlə yetirdiyi HƏMAS hərəkatının siyasi bürosunun rəhbəridir.

Wala Hebrew saytı da üç məlumatlı İsrail faşist mənbəsinə istinadən xəbər verib ki, hücumdan məqsəd  Məhəmməd əs-Sinvara sui-qəsddir və onun nəticələri hələ də məlum deyil.

Digər faşist İvrit Kanal 12-i İsrail rejiminin Sinvara qarşı sui-qəsdin uğuru ilə bağlı ehtiyatlı nikbin olduğunu bildirib və əlavə edib: “Bu proses onun həqiqətən öldürülüb-öldürülmədiyini müəyyən etmək üçün bir qədər vaxt apara bilər.”

Media orqanı əlavə edib ki, qaniçən faşist İsrail təhlükəsizlik aparatı Məhəmməd Əl-Sinvarın hücumda xəsarət alıb-almadığını təsdiqləməyə çalışır. Qiymətləndirmələr getdikcə daha çox onun həqiqətən yaralandığını göstərir.

Kanal 12, hücumun xəstəxananın altından keçdiyi iddia edilən tunel marşrutunu hədəf alan doqquz anti-istehkam bombasından istifadə edilərək həyata keçirildiyini bildirib.

Şəbəkə əlavə etdi: “Qiymətləndirmələr göstərir ki, Məhəmməd əs-Sinvar tək deyildi və HƏMAS-ın bir neçə başqa lideri də həmin yerdə olub.”

Faşist cühüd ordusu radiosu həmçinin bildirib ki, hücum 27 sentyabr 2024-cü ildə Beyrutun cənub ətraflarında (Livan Hizbullahının baş katibi) Seyyid Həsən Nəsrullahın şəhadətinə səbəb olan hücuma bənzər şəkildə həyata keçirilib.

Sizin rəyiniz

You are replying to: .
captcha