Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist İsrail rejiminin qırıcı təyyarələri Suriyanın bir neçə bölgəsini, o cümlədən Dəməşqin ətrafı və Homs, Həma və Latakiya əyalətlərini hədəfə alıb.
Bu hücumlarda bütün Suriya paytaxtında güclü partlayış səsləri eşidilib. Hücumlardan biri Dəməşq ətrafında yerləşən Harasta xəstəxanası yaxınlığındakı 41-ci Batalyon hərbi bazasına, digər hücum isə Harasta şəhəri ətrafında həyata keçirilib.
Yerli mənbələr Harastaya edilən hücumlarda bir neçə nəfərin yaralandığını bildirib.
Suriyanın rəsmi xəbər agentliyi (SANA) həmçinin yəhudi sionist rejiminin Həma çölündəki “Şatha” kəndi ətrafındakı əraziləri bombaladığını açıqlayıb. Eyni zamanda, sionist rejim qırıcılarının Dəra, Sveyda və Quneytra əyalətlərinin səmalarında da uçduğu bildirilir.
Bu hücumlar İsrailin Dəməşqdəki Suriya prezident sarayının yaxınlığındakı hava hücumundan cəmi bir gün sonra baş verib.
Sizin rəyiniz