Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Somali və Somalinin separatçı bölgəsinin xarici işlər nazirləri cümə günü axşam saatlarında elan ediblər ki, fələstinlilərin Qəzzaya köçürülməsi üçün işğalçl ABŞ və İsrail rejimlərindən heç bir təklif almayıblar. Somali xarici işlər naziri eyni zamanda bu məqsədlə atılan hər hansı səy və hərəkətləri qəti şəkildə rədd edib.
Associated Press daha əvvəl ABŞ və İsrail rəsmilərinə istinadən xəbər vermişdi ki, ABŞ və İsrail hökumətləri Qəzzadan fələstinlilərin köçürülməsi üçün ərazilərindən istifadəni müzakirə edərək Sudan, Somali və Somaliland muxtar bölgəsinin rəsmiləri ilə əlaqə saxlayıblar.
Associated Press-in məlumatına görə, Sudan rəsmiləri isə ABŞ-ın bununla bağlı hər hansı təklifini rədd etdiklərini vurğulayıblar. Somali və Somaliland rəsmiləri də bununla bağlı hər hansı əlaqədən xəbərsiz olduqlarını qeyd ediblər.
Somalinin xarici işlər naziri Əhməd Moallem Faqi ölkəsinin "Fələstin xalqının öz ata-baba torpaqlarında yaşamaq hüququnu pozan hər hansı bir tərəfin təklif və ya planını qəti şəkildə rədd etdiyini" deyib. O, Reuters agentliyinə Somali hökumətinin bununla bağlı heç bir təklif almadığını deyib və əlavə edib ki, Moqadişu Somali ərazisindən digər əhalinin köçürülməsi üçün istifadə planına qarşıdır.
Somaliland muxtariyyətinin xarici işlər naziri Əbdülrəhman Zahir də “Fələstinlilərlə bağlı heç bir tərəflə danışıqlar aparılmadığını” bildirib.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Sizin rəyiniz