3 avqust 2026 - 09:15
İİR Kəşfiyyat Nazirliyi ölkənin cənub-şərqindəki təkfirçilərin sığınacaqlarına basqınlar etdi \ Video

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi – ETTELAAT ölkənin cənub-şərqində terrorçu-təkfirçi qrupunun 4 əməliyyat hücrəsinin məhv edildiyini və 15 terrorçunun həbs olunduğunu elan etdi. Amerika-sionist düşmən kəşfiyyat xidmətləri ilə əlaqəli bu terrorçular ölkəyə daxil olduqdan sonra müəyyən edildi və iqtisadi, xidməti və məhkəmə infrastrukturuna qarşı hər hansı bir hərəkətdən əvvəl əyalət kəşfiyyat qüvvələri tərəfindən Zahedan, Çabahar, İranşəhr, Xaş və Taftan, Nikşəhr və Qəsr-e-Qand şəhərlərində keçirilən bir sıra əməliyyatlarda müəyyən edilərək həbs edild. Terrorçulardan xeyli sayda sursat və bir neçə Kalaşnikov avtomatı zəbt edildi. İyulun birinci yarısında isə İmam Zamanın (ə) naməlum əsgərləri və əyalət təhlükəsizlik işçiləri tərəfindən pusquya salınan daha dörd terrorçu qrupu iki nəfərin ölümünə və on nəfərin həbs olunmasına səbəb olmuşdu.

Sizin rəyiniz

You are replying to: .
captcha