29 iyul 2026 - 14:54
İsrail terror rejimi Livanın cənubundakı yaşayış məntəqələrini dağıdmaqda davam edir

Livan mənbələri atəşkəsin davamlı şəkildə pozulduğunu və İsrail rejimi ordusunun Livanın cənubundakı bir neçə bölgədə dağıdıcı hücumlarını davam etdirdiyini bildiriblər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Ən-Nəşrə”nin məlumatına görə, Livan mənbələri İsrail hərbçiləri tərəfindən Livanın cənubunda gecə-gündüz törədilən partlayışların davam etdiyini açıqlayıblar. Son hücumlar “Zutar əş-Şərqiyyə” və “Kəfər Tibnit” bölgələrində baş verib. Həmçinin bu mənbələrin bildirdiyinə görə, “Nəbatiyə əl-Fauqa” İsrail ordusunun artilleriya atəşinə məruz qalıb.

Sur bölgəsində yerləşən “Məcdəl Zun” və “Məşa əl-Mənsuri” ərazilərində də hücumlar nəticəsində bir neçə partlayış baş verib.

“Əl-Mənar” telekanalı Livanın cənubundakı “Təlusə” qəsəbəsinin ətrafında güclü partlayış baş verdiyini bildirib. Livanın “Əl-Mənar” kanalı həmçinin məlumat verib ki, İsrail düşməni Nəbatiyə bölgəsindəki “Əli Tahir” yüksəklikləri üzərində işıqlandırıcı mərmilər atıb.

Bu arada, dünən (çərşənbə axşamı, 6 mordad) İsrail rejiminin müdafiə naziri İsrael Kats Livanın cənubundakı yaşayış məntəqələrinin genişmiqyaslı dağıdılması barədə fəxrlə danışıb. O bildirib ki, İsrail ordusu Livanın yüzilliklər boyu tarixi olan 20 kəndini tamamilə yerlə-yeksan edib. Onun sözlərinə görə, ümumilikdə Livanın cənubundakı 24 kənddə 15 mindən 20 minədək ev tamamilə dağıdılıb.

Livan və İsrail rejimi ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən beş raund birbaşa danışıqlardan sonra çərçivə sazişi imzalayıblar. Sazişə əsasən, Livan ordusu mərhələli şəkildə ölkənin bütün ərazisində öz suverenliyini bərpa etməli, bunun müqabilində isə İsrail rejimi işğal etdiyi cənub ərazilərindən qoşunlarını çıxarmalıdır. Razılaşmanın icrası mərhələli şəkildə və “sınaq zonaları”nın yaradılması yolu ilə nəzərdə tutulub.

Bununla belə, İsrail rejimi Livandan çıxmaqdan yayınır və Livanın cənubunda, xüsusilə Livanın işğal olunmuş Fələstin əraziləri ilə sərhəd bölgələrində yaşayış evlərini dağıtmaqda davam edir.

Sizin rəyiniz

You are replying to: .
captcha