28 iyul 2026 - 07:59
Source: IRNA
İranın mədəniyyət və İslami İrşad naziri: İran və Azərbaycan arasındakı sivilizasiya əlaqələri iki dövlətin münasibətlər xəritəsidir

İranın mədəniyyət və İslami İrşad naziri: İran ilə Azərbaycan Respublikası arasında sivilizasiya, tarixi və dil əlaqələri iki dövlət və iki xalq arasındakı münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsidir və bu fürsət və imkanlardan dəqiq planlaşdırma ilə istifadə edilməlidir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Seyid Abbas Salehi iştirak etdiyi Vilayətin Ümumi Mədəniyyət Şurasının iclasında İran və Azərbaycan Respublikası arasında geniş tarixi, dini və dil ortaq dəyərlərinə toxunaraq bildirib: Bu ölkələrin hökumətləri arasında həyata keçirilən mübadilələr hər zaman müsbət mədəni xüsusiyyətlərə malik olub.

O əlavə edib: Prezidentlərin səfərlərinin ardınca mədəni mübadilə proqramı sənədinin hazırlanması və media sahəsində anlaşma memorandumlarının imzalanması mühüm imkanlar yaradıb ki, bu imkanlar iki dövlət arasındakı münasibətlərin yüksəlməsinə və milli təhlükəsizliyin möhkəmlənməsinə kömək edə bilər.

İranın mədəniyyət və İslami İrşad naziri Ərdəbil Vilayəti Ümumi Mədəniyyət Şurasının rolunu və Ərdəbil cümə imamı Ayətullah Seyid Həsən Amilinin bu şurada iştirakını yüksək qiymətləndirərək, bu şuranı ciddi mədəni qərargah adlandırıb.

O bildirib: Ərdəbil Ümumi Mədəniyyət Şurası üzvlərinin tərkibi və əməli yanaşmasına görə ölkənin digər vilayətləri üçün nümunə ola bilər.

Sizin rəyiniz

You are replying to: .
captcha