Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın son boşboğazlıqları ilə bağlı suala cavabında bildirib: İran öz torpağının hər qarışını əməli şəkildə müdafiə edəcəyinə inanır və bu cür ədəbsiz ifadələr yalnız onlara layiqdir, İran xalqını deyil.
İRNA-nın siyasi müxbirinin verdiyi məlumata görə, Məsud Pezeşkian çərşənbə axşamı Donald Trampın səsləndirdiyi boşboğazlıqlarla bağlı suala cavab verərək deyib: Düşmənin sayıqlamaları və təhqiramiz ritorikasının davam etməsi təbiidir. Amma onlar döyüş meydanında öz məqsədlərinə nail ola biliblərmi?
Prezident daha sonra bildirib ki, İranımızı parçalayıb hissələrə ayırmaq istəyənlər görəsən hara çatdılar? Biz inanırıq ki, vətənimizin hər qarışını əməli şəkildə müdafiə etməliyik. Bu cür ədəbsiz sözlər yalnız onların özünə yaraşır, İran xalqına yox.
Prezident hazırkı şəraitdə ölkə daxilində birlik və həmrəyliyin qorunmasının vacibliyini vurğulayaraq deyib: Cəmiyyətdə ixtilaf və parçalanma yaradan istənilən davranış və hərəkət bizim gücümüzü azaldacaq.
Sizin rəyiniz