Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:Həzrət Xatəmül-Ənbiya (s) Mərkəzi Qərargahı cümə axşamı yaydığı bəyanatda bildirib:
Bütün neft tankerləri və ticarət gəmiləri Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək üçün İranın müəyyən etdiyi marşrut üzrə hərəkət etməyə borcludurlar.
Müəyyən edilmiş marşruta əməl edilməməsi, ondan kənara çıxılması və ya İran İslam Respublikasının Hörmüz boğazında tətbiq etdiyi naviqasiya protokollarına riayət olunmaması Silahlı Qüvvələrin dərhal və qəti cavabına səbəb olacaq və qanun pozan gəmilərin təhlükəsizliyini risk altına qoyacaq.
ABŞ tərəfindən Hörmüz boğazında təhlükəsizlik məsələlərinə hər hansı müdaxilə cəhdi və ya sabitliyi pozan istənilən addım İranın milli suverenliyinə qarşı təhdid kimi qiymətləndiriləcək və buna operativ, qətiyyətli cavab veriləcək.
ABŞ-yə məxsus qırıcı və pilotsuz hərbi təyyarələrin Hörmüz boğazı üzərində davamlı uçuşları bu strateji su yolunda təhlükəsizliyi pozur və regionun təhlükəsizliyini risk altına salır.
İran Hörmüz boğazı üzərindəki suveren hüquqlarını qorumaq naminə ABŞ ordusu və onun dəstəkçiləri tərəfindən törədilə biləcək hər cür təcavüz və hücumu qətiyyətlə dəf etmək üçün heç bir tədbirdən çəkinməyəcək.
Sizin rəyiniz