1 iyul 2026 - 14:09
İsrail rejimi rəsmən “erməni soyqrımını” tanıması ilə Türkiyə və Azərbaycanı əldən verdi \ Paşinyan bu jesti qəbul etmədi

İsrail rejiminin kabineti “erməni soyqrımını” tanımaqla böyük bir səhvə yol verdi. Hətta Ermənistan rəsmiləri belə İsrailin bu addımını tənqid atəşinə tutdular.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İsrail rejiminin kabineti “erməni soyqrımınının” tanınması təklifini yekdilliklə qəbul edib. Bildirilir ki, bu qərarın Qəzza məsələsində Tel-Əvivə qarşı Türkiyənin tənqidlərinə cavab olaraq verildiyi deyilir.

İsrail rejiminin xarici işlər naziri Gideon Saar, bazar günü “X” sosial şəbəkəsində kabinet tərəfindən “erməni soyqırımının tanınması” barədə qətnamənin təsdiqləndiyini elan edib.

İsrail rejiminin bu növbəti axmaq addımın ardınca Türkiyə və Azərbaycan rəsmiləri İsrailin bu addımı ilə razılaşmayaraq verilən qərarın ləğv olunmasını istəyiblər...  Görünən odur ki, İsrail bu qərarından geri dönmədikdə Türkiyə və Azərbaycandakı logistik, siyasi, iqtisadi və hərbi bazalarını əldən verməli olacaqdır.

Amma bu arada daha maraqlısı bu oldu ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan jurnalistlərə bu haqqda verdiyi müsahibədə gözlənilməz bir açıqlama verərək bildirdi: “Biz buna reaksiya verməyi lazımsız hesab edirik. Çünki “erməni soyqırımı” məsələsinin siyasi silah kimi istifadə olunmaması məhz Ermənistan Respublikasının maraqlarına uyğundur. Yaxın dövrdə bu istiqamətdə hər hansı bir bəyanat və ya reaksiya gözlənilmir”.

Sizin rəyiniz

You are replying to: .
captcha