30 iyun 2026 - 11:46
Əraqçının Bağdad səfərində Şəhid İmam Xamenei həzrətlərinin dəfn mərasimlərinin İraqın müxtəlif şəhərlərində keçirilməsi təsdiqlənib

İİR Xarici İşlər Naziri Bağdada daxil olduqdan sonra iraqlı həmkarı Fuad Hüseyn ilə görüşüb və ən vacib ikitərəfli və regional məsələləri müzakirə edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Naziri Seyid Abbas Əraqçi siyasi və diplomatik nümayəndə heyətinin başçılığı ilə İraqın paytaxtı Bağdada səfər edib.

İİR Xarici İşlər Naziri Bağdada daxil olduqdan sonra şəhid marşal Qasim Süleymani və general Əbu Mehdi əl-Mühəndisin xatirəsini yad edib.

Daha sonra Seyid Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseyn ilə görüşüb və ən vacib ikitərəfli və regional məsələləri müzakirə edib.

Bu səfərin gündəliyində İslam İnqilabının Ali Lideri Şəhid İmam Xamenei həzrətlərinin dəfn mərasimlərinin İraqın müxtəlif şəhərlərində keçirilməsinin təfərrüatlarının araşdırılması da yer alıb və koordinasiya edilib.

Sizin rəyiniz

You are replying to: .
captcha