Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Prezident Administrasiyasına istinadən, Prezident Məsud Pezeşkian sosial şəbəkə hesabında paylaşdığı mesajda İmam Hüseynin (əleyhi səlam) Bəni Haşimə ünvanladığı ifadəsini yazıb: “Amma bundan sonra; dünya elədir ki, sanki heç vaxt olmayıb, axirət isə elədir ki, sanki həmişə mövcud olub.”
Mesajın davamında deyilir: İmam Hüseyn (ə) bizə öyrətdi ki, zülm, hakimiyyət ehtirası və mənfəətpərəstlik qarşısında dayanmaq lazımdır; canı vermək olar, amma azadlığı yox; tək qalmaq olar, amma həqiqəti tərk etmək olmaz. Nə zülm edək, nə zülmə boyun əyək, nə də onun qarşısında susaq.
Sizin rəyiniz