Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şəhidlər Ağasının (əleyhi səlam) şəhadətindən sonra Həzrət Zeynəb (səlamullahi əleyha) hərəm əhlindən öncə qətlgaha qaçdı və qardaşının cəsədinin qan içində və parça-parça olduğunu görəndə şikayət etmədən Peyğəmbərə (səlləllahu əleyhi və alih) müraciət etdi: "Ey Allahın Rəsulu... bu sənin Hüseynindir, qan içində və əzaları parça-parça olub." Sonra İlahi qüdrətə son dərəcə təslim olaraq dedi: "Ey Allahım, bu qurbanı Məhəmmədin (səlləllahu əleyhi və alih) ailəsindən qəbul et."
Sizin rəyiniz