Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: əl-Ərəbiyyəyə danışan Məcid əl-Ənsari bildirib ki, texniki qruplar İran və ABŞ arasında əldə olunmuş razılaşmanın həyata keçirilməsi ilə bağlı detalları hazırlamağa başlayıblar.
O qeyd edib: Hörmüz boğazının təhlükəsizliyi və enerji təchizatının sabitliyi ümumi məsuliyyətdir.
Əl-Ənsari dəniz nəqliyyatının təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayaraq bildirib ki, Fars Körfəzi Əməkdaşlıq Şurası üzvü olan ölkələr arasında koordinasiya ən yüksək səviyyədə davam edir.
O əlavə edib: Regional dialoq xoş qonşuluq prinsipləri əsasında qurulmalıdır.
Əl-Ənsarinin bu açıqlamaları İran və ABŞ-nin bazar günündən bazar ertəsi səhərədək İsveçrədə, Qətər və Pakistan vasitəçilərinin iştirakı ilə uzun sürən danışıqlar keçirməsindən sonra səsləndirilib.
Məlumatlara görə, həmin danışıqlar müsbət atmosferdə baş tutub. Danışıqlar tərəflər arasında imzalanmış anlaşma memorandumundan cəmi bir neçə gün sonra keçirilib.
Sizin rəyiniz