Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İlham Əliyev iyunun 24-də Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə son müharibə zamanı İran xalqının çəkdiyi əziyyətlərə toxunaraq, şəhid olanların xatirəsini ehtiramla yad edib və onlar üçün Allahdan rəhmət diləyib.
O bildirib ki, Azərbaycan dövləti və xalqı bu müddət ərzində İran dövləti və xalqının yanında olub. Əliyev Azərbaycanın Tehrana dəstəyinin göstəricisi kimi İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığını və iki ölkənin rəsmiləri arasında aparılmış digər məsləhətləşmələri qeyd edib.
Azərbaycan Prezidenti qarşıdurmaların dayandırılmasını müsbət qiymətləndirərək, regionun bir daha müharibə ilə üzləşməməsinə, regionda davamlı sülh və sabitliyin bərqərar olmasına ümid etdiyini bildirib.
Əliyev Qalibafın İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələrinin Parlament İttifaqının 20-ci iclasında iştirakına toxunaraq, bu tədbirin İslam dünyasında həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq deyib ki, Azərbaycan gələn il İslam Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcək.
Prezident həmçinin İran parlamenti sədrinin Bakıya səfərini ikitərəfli münasibətlərin gündəliyində duran məsələlərin müzakirəsi üçün yaxşı imkan kimi dəyərləndirib və İran-Azərbaycan əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.
Görüş zamanı tərəflər Tehran və Bakı arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminlik ifadə edib, ikitərəfli əməkdaşlıq, parlamentlərarası əlaqələr, iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın fəaliyyəti, eləcə də Ağbənd–Kəlalə körpüsü və Araz dəhlizi kimi birgə layihələr ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, ABŞ və sionist İsrail rejiminin İran İslam Respublikasına qəfil hücumu zamanlarında Naxçıvan Aeriportuna atılan məlum PUA-nın ardınca İlham Əliyev televiziya vasitəsi ilə İran xalqını və rəsmilərini “şərəfsiz” adlandıraraq təhqir və təhdid etməyə başladı. Və bu günə kimi də o təhqirlərinə görə rəsmən nə İran xalqından və nə də İran rəsmilərindən üzür istədi.
Sizin rəyiniz