Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Türkiyə və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri Hakan Fidan və Feysəl bin Fərhan ölkəmizin xarici işlər naziri Seyid Abbas Əraqçi ilə ayrı-ayrı telefon danışıqlarında ABŞ-ın İranın cənubundakı ərazilərə təcavüzkar hücumlarından sonra son regional hadisələri müzakirə etdilər.
Bu danışıqlarda ölkəmizin xarici işlər naziri ABŞ-ın hərbi təcavüzünü və İranın milli suverenliyinin və ərazi bütövlüyünün pozulmasını pislədi və ölkəmizin güclü silahlı qüvvələri tərəfindən qarşılıqlı cavab üçün qanuni müdafiənin ayrılmaz hüququ olduğunu vurğuladı.
Xatırladaq ki, ABŞ terrorçu dövlətinin Türkiyə və Səudiyyə rejimlərində də güclü və geniş hərbi bazaları mövcuddur. İran İslam Respublikası bu bazalardan İrana qarşı hücum olunacağı təqdirdə hücum mənbələrini darmadağın edilməsini İranın hüquqi və dəyişməz haqqı olaraq qaldığını qarşı tərəflərə öncədən bildirib.
Sizin rəyiniz