Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Müdafiə Nazirliyinin müvəqqəti rəhbəri silahlı qüvvələrə dəstəyin güclü şəkildə davam etdiyini vurğulayaraq bildirib: Təcavüzkar cəzalandırılana qədər ölkənin mənafelərinin və təhlükəsizliyinin müdafiəsi yolundan bir an belə geri çəkilməyəcəklər.
General Seyid Məcid İbn ər-Rza ölkənin silahlı qüvvələrinə hərtərəfli dəstəyin davam etdiyini vurğulayaraq deyib: «Silahlı qüvvələrə dəstək bütün mövcud güc və imkanlarla davam edir və Müdafiə Nazirliyi müdafiə qabiliyyətinin gücləndirilməsi və döyüş təminatının dəstəklənməsi istiqamətində gecə-gündüz üzərinə düşən tapşırıqları yerinə yetirir.»
O, təcavüzkar düşmənin hərəkətləri və cinayətlərinə toxunaraq əlavə edib: Təcavüzkar cəzalandırılana qədər ölkənin mənafelərinin və təhlükəsizliyinin müdafiəsi yolundan bir an belə geri çəkilməyəcəyik və bütün müdafiə və təminat imkanları silahlı qüvvələrin xidmətindədir.
Sizin rəyiniz