4 iyun 2026 - 18:09
Source: IRNA
Sərdar Qaani: Qəsbkar rejim 40 günlük müharibədən əvvəlki vəziyyətə geri dönməlidir

General İsmayıl Qaani: Livandakı müqavimətə dəstək vermək hamımızın vəzifəsidir və regionun İsraildən azad edilməsi müsəlmanların nail ola biləcəyi bir məqsəddir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general İsmayıl Qaani yayımladığı mesajda bildirib ki, müqavimətin ən minimum tələbi qəsbkar rejimin 40 günlük müharibənin başlanmasından əvvəlki vəziyyətə geri çəkilməsidir.

General İsmayıl Qaani cümə axşamı, 4 iyun 2026-cı il tarixində sosial şəbəkədə paylaşdığı mesajda vurğulayıb: Livandakı müqavimətə dəstək vermək hamımızın vəzifəsidir və regionun İsraildən azad edilməsi müsəlmanların nail ola biləcəyi bir məqsəddir.

O qeyd edib: Müqavimətin minimum tələbi qəsbkar rejimin 40 günlük müharibə başlamazdan əvvəlki vəziyyətə geri çəkilməsidir.

General Qaani vurğulayıb: Livan mücahidləri yaxın vaxtlarda öz cəsarətli müqavimətlərinin nəticələrini görəcəklər.        

Sizin rəyiniz

You are replying to: .
captcha