2 iyun 2026 - 18:20
Source: IRNA
Məsud Pezeşkian: ABŞ və İsrail sabitliyi pozan addımları ilə Hörmüz boğazının bağlanmasına səbəb oldu

Prezident: İran İslam Respublikası mövcud məsələlərin həlli üçün diplomatiyanı hər zaman ən təsirli vasitə hesab edib. Lakin təəssüf ki, bəzi tərəflər, o cümlədən ABŞ öz öhdəliklərini pozmaqla, həmçinin İsrail rejiminin sabitliyi pozan addımları ilə diplomatik prosesləri çətinliklərlə üz-üzə qoyublar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Prezidenti Doktor Pezeşkiyan Yaponiyanın Baş naziri ilə telefon danışığı aparıb.

Prezident telefon danışığında bildirib: İran İslam Respublikası mövcud məsələlərin həlli üçün diplomatiyanı hər zaman ən təsirli vasitə hesab edib. Lakin təəssüf ki, bəzi tərəflər, o cümlədən ABŞ öz öhdəliklərini pozmaqla, həmçinin İsrail rejiminin sabitliyi pozan addımları ilə diplomatik prosesləri çətinliklərlə üz-üzə qoyublar.

Prezident əlavə edib: İran İslam Respublikası dəniz nəqliyyatının hərəkətinin asanlaşdırılması üçün tam hazırdır. Əsas problem ABŞ-nin İranın gəmiçiliyi və ticarətinə qarşı tətbiq etdiyi məhdudiyyətlər və maneələrdən qaynaqlanır.

Sonda Doktor Pezeşkiyan bildirib: Yaponiya gəmilərinin keçidinin problemsiz və daha asan şəkildə həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik.

Sizin rəyiniz

You are replying to: .
captcha