Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Mədəniyyət fəalları beynəlxalq kampaniyaya start verərək, insanları İnqilab Şəhid Rəhbəri Həzrət Ayətullahül-üzma Seyid Əli Xameneinin (r) niyyəti ilə Qurani-Kərim tilavət etməyə, Kəbəni təvaf etməyə, dua oxumağa və müqəddəs məkanları ziyarət etməyə çağırıblar.
Məzhəblərin yaxınlaşdırılması, İslam dünyasının vəhdəti və beynəlxalq xeyriyyə sahəsində fəaliyyət göstərən qeyri-hökumət beynəlxalq qurum olan “Vahid Ümmət Beynəlxalq İttifaqı” Şəhid İnqilab Rəhbərinin xatirəsini yaşatmaq məqsədilə bu beynəlxalq kampaniyanı başladıb.
Təşkilat müxtəlif dillərdə, o cümlədən ingilis, ərəb, urdu və Azərbaycan dillərində posterlər yayımlayaraq dünyanın müxtəlif bölgələrində yaşayan insanları bu kampaniyaya qoşulmağa dəvət edib.
Bu qurum Şəhid İnqilab Rəhbərinin niyyəti ilə Qurani-Kərim tilavəti, Həcc təvafı, müqəddəs məkanların ziyarəti və duaların oxunmasını əks etdirən foto və videoların göndərilməsinə çağırış edib.
Bundan əvvəl İraqın şiə və sünni alimləri də yaydıqları bəyanatlarda Həcc zəvvarlarını Şəhid İnqilab Rəhbəri Həzrət Ayətullahül-üzma Seyid Əli Xameneinin niyyəti ilə Həcc əməllərini yerinə yetirməyə dəvət etmişdilər.
Sizin rəyiniz