Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ali Rəhbərin Qədir-Xum bayramı və İmam Xomeyninin (r.ə.) vəfatının 37-ci ildönümü münasibətilə bəyanatı ərəb mediasında geniş şəkildə işıqlandırılıb.
əl-Cəzirə telekanalı bu barədə yazıb: İranın Ali Rəhbəri bildirib ki, hegemonluq sistemi İranın tərəqqisinə mane olmaq üçün heç bir addımdan çəkinmir.
əl-Məyadin telekanalı isə yazıb: İranın Ali Rəhbəri vurğulayıb ki, İsraili yaradan hegemonluq sistemi “Böyük İsrail”in saxta və əsassız coğrafiyasının sərhədlərində güclü İranın mövcudluğunu qəbul etmir.
Sot əl-Qüds də bu barədə yazıb: İranın Ali Rəhbəri qeyd edib ki, hegemonluq sistemi İsrail rejimi adına bir hərbi baza yaradıb və İran da İsrailə münasibətdə öz mövqeyindən geri çəkilməyəcək.
Sizin rəyiniz