Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ərəb yazıçısı və analitiki Cavad Əbdülvəhhab ABŞ-nin regiondakı ərəb ölkələrinin ərazisindən İran əleyhinə müharibə alovlandırmaq üçün istifadə etməsinin səbəblərini araşdırıb.
Analtik apardığı araşdırmasında yazıb: Bu addımın kökü Vaşinqtonun həmin ölkələrlə təhlükəsizlik əlaqələrini möhkəmləndirmək və sabitləşdirmək, eləcə də münaqişədən doğan risklərin yükünü bölüşdürmək cəhdində dayanır.
Onun fikrincə, ABŞ-ın İranı vurmaq üçün Körfəz ərəb ölkələrinin ərazisinə ehtiyacı yoxdur, çünki onun dəniz və hava qüvvələri uzaq məsafədən genişmiqyaslı əməliyyatlar aparmağa imkan verir.
Analitik Cavad Əbdülvəhhab son olaraq belə qənaətə gəlib: ABŞ-ın Körfəz ölkələrindəki hərbi bazalardan istifadə etməsi yalnız hərbi əməliyyatların asanlaşdırılması məqsədi daşımır, həm də daha dərin strateji və geosiyasi hədəflərə xidmət edir.
Sizin rəyiniz