1 iyun 2026 - 18:40
Source: IRNA
İranın Qazaxıstana kənd təsərrüfatı ixracı 128 milyon dollara çatıb

İran Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əlaqələr və ixtisaslaşmış təşkilatlar idarəsinin rəhbəri Qazaxıstana kənd təsərrüfatı məhsullarının 128 milyon dollar dəyərində ixrac edildiyini açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Həsən Mömini İran Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktorunun müavini və nazir müşaviri Mənücöhr Muradi ilə görüşdə bildirib ki, İranın Qazaxıstana ümumi ixracı 2025–2026-cı illərin ilk 10 ayında 214 milyon dollar təşkil edib ki, bunun 128 milyon dolları kənd təsərrüfatı məhsullarının payına düşür.

Mömini qeyd edib ki, Qazaxıstandan İrana idxalın təxminən 80 faizi kənd təsərrüfatı məhsullarından ibarətdir və bu göstərici ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

O, bu rəqəmlərin Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Qazaxıstan istiqamətində, kənd təsərrüfatı məhsulları üzərində mərkəzləşən ticarət axını ilə daha da gücləndiyini vurğulayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha